İsveçdə yaşayan İraq vətəndaşı Selvan Momika yenə təhqiramiz hərəkət edərək Qurani-Kərimi yandırıb və bu dəfə polis vətəndaşlardan birinin bu təhqiramiz hərəkətinin qarşısını almasına mane olub.
Az.rasthaber.com xəbər verir ki, İsveçdə yaşayan İraq vətəndaşı Selvan Momika İsveç polisinin dəstəyi ilə Qurani-Kərimi onuncu dəfə təhqir edərək bu müqəddəs kitabı yandırıb.
Stokholm və digər şəhərlərdə polisin təhlükəsizlik dəstəyi ilə təkrarlanan Qurani-Kərimin vandalizm cinayəti İsveç hökumətinin qoruyucu rolunu hər kəsə aydınlaşdırdı və İslam hökumətlərinin rəsmi etirazına səbəb oldu.
Qeyd edək ki, bir nəfər bu iyrənc əməlin qarşısını almağa çalışsa da, İsveç polisi ona mane olaraq Momikanı həbs etmək əvəzinə bu vətəndaşı həbs edib.