İsveçdə Qurani-Kərimə hörmətsizlik olunub

İsveçdə Qurani-Kərimə hörmətsizlik olunub

Stokholm məscidi zəncirlə bağlanmış və binanın xaricində dəmirdən asılmış Qurani-Kərimin zədələnmiş nüsxəsinin şəkillərini yayıb.

Az.rasthaber.com xəbər verir ki, bu məscidin rəsmilərinin dediyi kimi, Quranın zədələnmiş bu nüsxəsi ötən cümə günü, 2 dekabr, Stokholmdakı məscidin girişinin yaxınlığında tapılıb.

Stokholm məscidi tərəfindən paylaşılan görüntülərdə mushəfin zəncirlənərək məscidin kənarındakı dəmirdən asıldığı görünür.

Stokholm məscidi açıqlamasında bu məscidin və onun üzvlərinin tez-tez təhdid edildiyini açıqlayıb.

Məscid əvvəllər də islamofob hücumların, o cümlədən, anti-İslam hadisələrinin və qapısına çəkilmiş yazıların hədəfi olub.

Məscidin nəzarətçisi bildirib ki, o, ictimaiyyətin diqqətini cəlb etmək və nifrət cinayətlərinin normallaşmasının qarşısını almaq üçün hadisə ilə bağlı foto və məlumatları paylaşıb.

Son illər İsveçdə islamafobiya ilə bağlı hadisələr, o cümlədən Quranın yandırılması, məscidlərə və müsəlman ziyarətgahlarına hücumlar artıb.

Xəbəri paylaş

VİDEOLAR