Son aylarda İsveçdə Qurani-Kərimə hücum edən Salvan Momika ilə birlikdə olan iraqlı Salvan Nejem bu dəfə hücumu tək həyata keçirib.
Az.rasthaber.com xəbər verir ki, geniş polis mühafizəsi altında Fittja Ulu Məscidinin qarşısına gələn Nejem ətrafdakıların reaksiyasına baxmayaraq Qurani-Kərimi yerə ataraq onun üzərinə basıb.
Nejem Quran nüsxələrini cırıb üstünə basdı və sonra bu nüsxələri yandırdı.
Aksiyadan sonra Nejem zirehli polis maşını ilə hadisə yerini tərk edib.