İsveçdə İsrailin Qəzzada törətdiyi qətliama etiraz edilib

İsveçdə İsrailin Qəzzada törətdiyi qətliama etiraz edilib

Sionist İsrailin Rəfahdakı Fələstin düşərgəsinə hücumu İsveçdə etirazla qarşılanıb.

Az.rasthaber.com xəbər verir ki, İsrailin Rafahda dinc sakinlərə hücumları İsveçin paytaxtı Stokholmda etiraz edilib.

Odenplana toplaşan izdiham fələstinlilərlə həmrəylik nümayiş etdirərək, İsrailin Qəzzaya hücumlarının dayandırılmasını tələb edib.

Aksiya zamanı “Qəzzada uşaqlar öldürülür”, “Soyqırımı dayandırın”, “Fələstinə sonsuza qədər” yazılan plakatlar daşınıb, “Fələstinə azadlıq”, “Soyqırım İsrail”, “İsraili boykot edin” kimi şüarlar səsləndirilib.

Qrup İsveç Xarici İşlər Nazirliyinə yürüş edərək, İsveçin xarici işlər naziri Tobias Billström İsraili dəstəklədiyi üçün istefaya çağırıb.

ABŞ və İsveçin İsrailə verdiyi dəstəyə reaksiya verən qrup, iki ölkənin İsrailin törətdiyi hərbi cinayətlərdə şərik olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR