İsveçdə irqçi siyasətçi yenidən Qurani Kərimə qarşı hörmətsizlik edib

İsveçdə irqçi siyasətçi yenidən Qurani Kərimə qarşı hörmətsizlik edib

Danimarkanın irqçi İstiqamət Partiyasının lideri Rasmus Paludan İsveçin Yönköpinq şəhərində Qurani-Kərimi yandıraraq sosial şəbəkədə yayımlayıb.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, İsveç polisinin icazə verməməsinə baxmayaraq, ölkəyə gizlicə girən Danimarkanın irqçi İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan Yönköpinq şəhərindəki Raslatt məscidi yaxınlığında Qurani-Kərimi yandırıb. Ətrafda heç kimin olmamasından istifadə edən ifrat sağçı siyasətçi, təxribatdan sonra sürətlə hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, İsveçin müxtəlif şəhərlərində 1 May İşçi Bayramı münasibətilə Quran yandırmaq üçün nümayiş keçirilməsi üçün icazə istəyən Paludanın müraciəti polis tərəfindən rədd edilib.

Xəbəri paylaş

VİDEOLAR