İsveç: Fələstin xalqını dəstəkləyirik

İsveç: Fələstin xalqını dəstəkləyirik

Rəsmi Stokholm Fələstin xalqını dəstəkləyir.

Az.rasthaber.com “ParsToday”-ə istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde Fələstin prezidenti Mahmud Abbasla görüş zamanı bəyan edib.

Avropalı nazir deyib ki, ölkəsi 2 dövlət əsaslı həll yolunun tərəfdarıdır və bu prinsip əsasındakı sülh və sabitliyi dəstəkləyir.

Linde həmçinin qeyd edib ki, İsveç Fələstin və onun xalqı ilə olan dostluğu dərinləşdirmək istəyir.

XİN başçısı əlavə edib ki, Fələstinə verilən dəstək davam etdiriləcək.

Xəbəri paylaş

VİDEOLAR