İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Türkiyənin İstanbul boğazında (Bosfor boğazı) “29 Oktyabr – Respublika Günü” ilə əlaqədar gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Rasthaber xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.

“Respublika Gününə həsr olunmuş tədbirlərlə əlaqədar boğazda gəmilərin hərəkəti müəyyən müddət ərzində həyata keçirilə bilməz”, - məlumatda bildirilib.

 

Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR