İsraillilər işğal olunmuş əraziləri tərk edirlər

İsraillilər işğal olunmuş əraziləri tərk edirlər

Qatil İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına hücumlarından sonra Almaniya vətəndaşlığı üçün müraciət edən israillilərin sayında artım olduğu bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin Almaniya üçün Alternativ (AfD) Partiyasının parlament qrupuna verdiyi açıqlamaya görə, 2024-cü ilin 9 ayında İsraildən Almaniya vətəndaşlığı üçün 18 min 448 müraciət daxil olub.

Açıqlamada, 2023-cü ildə İsraildən 9 min 178, 2022-ci ildə isə ümumilikdə 5 min 705 nəfərin Almaniya vətəndaşlığı üçün müraciət etdiyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, İsraildən kənarda yaşayan və vətəndaşlıq üçün müraciət edən israillilər bu statistikaya daxil deyil.

Xəbəri paylaş

VİDEOLAR