İsrailli məhbusların yaxınları və onlara dəstək verən yüzlərlə insan baş nazir Binyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantsa etiraz ediblər.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail mediasının məlumatına görə, Netanyahunun Qərbi Qüdsdəki ofisi qarşısına toplaşan izdiham Netanyahunun Misirdə yeni əsir mübadiləsi razılaşması üçün planlaşdırılan danışıqlara bir heyət göndərməmək mövqeyinə etiraz edib.
Netanyahunun ofisi qarşısında etiraz edən nümayişçilər şəhərin Qəzza küçəsini bir müddət nəqliyyata bağlayıb.
Hökumətə etiraz edən nümayişçilər bildiriblər ki, sionist İsrailin Misirdəki danışıqlarda iştirak etməməsi “Qəzzada saxlanılanların həyatına məhəl qoymamaq deməkdir”.
Onlarla israilli müdafiə naziri Qallantın evinin qarşısına toplaşaraq Qəzzadakı qohumlarının azad edilməsini tələb edib.
Bir qrup nümayişçi Hərbi Nazirlər Kabinetinin üzvü Qantsın evinin qarşısına toplaşaraq, onlardan qohumlarının azad edilməsi üçün səy göstərmələrini istəyib.
Nümayişçilər şüarlar səsləndirərək Netanyahu və onun kabinetinə etiraz ediblər.