Sionist İsraildə bir məktəbdə işləyən ifrat sağçı ravvin Eliyahu Mali hərbi xidmətdə olan tələbələrinə soyuqqanlı çağırış edib.
Az.rasthaber.com xəbər verir ki, Mali, İsrailin işğalı altında böyük humanitar böhranın yaşandığı və indiyədək 30 mindən çox günahsız fələstinlinin öldüyü Qəzzada körpələr də daxil olmaqla hər kəsin öldürülməli olduğunu bildirib.
Soyqırımı müdafiə edən ravvin deyib: "İndiki terrorçular əvvəllər yaşamağa icazə verdiyiniz uşaqlardır".
"Yedioth Ahronoth" qəzetinin məlumatına görə, Yaffada keçirilən konfransda çıxış edən ravvin Mali sionist İsrail ordusunda xidmət edən camaatını "Qəzzədə hər kəsi öldürün" qanuna görə heç bir can yaşamamalıdır" çünki bu, Mitzva müharibəsidir (İsraili düşmənlərindən xilas etmək və işğal olunmuş torpaqlarda məskunlaşmaq üçün). “Sən onları öldürməsən, səni öldürəcəklər”, - deyə bildirib.
Ravi Mali Qəzza zolağında körpələr haqqında suala:
"Eyni şeydir, bu gün körpə, sabah döyüşçü. Bu günün terrorçuları daha əvvəl yaşamağa icazə verdiyiniz uşaqlardır. Terrorçu yaradanlar əslində qadınlardır", - deyib cavab verərək, İsrail əsgərlərini Qəzzada uşaq və qadınları öldürməyə təşviq edib.