İsrailli nazirdən qeyri-insani çağırış

İsrailli nazirdən qeyri-insani çağırış

Sionist İsraildə ifrat sağçı fikirləri ilə tanınan Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir qatil İsrailin hücumlarında mövqeyini gücləndirmək üçün bölgəyə humanitar yardımın “bir-iki ay” dayandırılmasını təklif edib.

Az.rasthaber.com xəbər verir ki, ordu Radiosuna verdiyi açıqlamada, Ben-Qvir İsrailin Qəzzaya hücumlarda mövqeyini gücləndirmək üçün əlavə addımlar atmalı olduğunu müdafiə edib.

Sionist İsrailin Qəzzaya humanitar yardımı dayandırması lazım olduğunu müdafiə edən Ben-Qvir deyib:

"Hələ etmədiyimiz işlər var, qazı kəsmək, “daha humanitar yardım yoxdur” demək, bunları etməmişik. Bir-iki aya çataq, sonra onları görərik".

Xəbəri paylaş

VİDEOLAR