Sionist İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Ramazan ayında işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya daxil olan müsəlmanların sayının məhdudlaşdırılmasını istəyib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin “Maariv” qəzetinin xəbərinə görə, nazir Ben-Qvir polis komissarı Kobi Şabtaidən Ramazan ayında yalnız bir neçə min müsəlmanın Məscidül-Əqsaya daxil olmasına icazə verməsini istəyib.
Xəbərdə Ben-Qvirin komissar Şabtai ilə dünən keçirdiyi görüşdə Məscidül-Əqsada namaz qılan müsəlmanların sayının yalnız bir neçə minlə məhdudlaşdırılmasının doğru olduğunu müdafiə etdiyi və polisin "məsələyə tez bir zamanda müdaxilə edə biləcəyi" bildirilib.
Xəbərdə həmçinin bildirilib:
"İsrailin Baş naziri Binyamin Netanyahunun Ramazan ayı ilə bağlı məhdudiyyətlərlə bağlı bu gün Məscidül-Əqsada Ben Qvir, Şabtai, ordu və kəşfiyyat rəsmilərinin iştirakı ilə toplantı keçirməsi gözlənilir".