İsrailli nazirdən dəhşətli çağırış: Qəzzaya hücumlar gücləndirilsin!

İsrailli nazirdən dəhşətli çağırış: Qəzzaya hücumlar gücləndirilsin!

Sionist İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi danışıqlarını dayandırmağa və blokada altında olan Qəzzaya daha intensiv hücumlara çağırıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail mediasında yer alan xəbərə görə, Ben-Qvir partiyasının iclasında çıxış edərək deyib:

“Biz hesab edirik ki, danışıqları dayandırmaq (Həmas ilə atəşkəs və əsir mübadiləsi ilə bağlı) və (Qəzzaya) intensiv hücumun növbəti mərhələsinə əmr vermək lazımdır"

Ben-Qvir işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya daxil olan müsəlmanların sayının məhdudlaşdırılması ilə bağlı açıqlamalarını da təkrarlayıb.

Xəbəri paylaş

VİDEOLAR