İsrailli nazirdən amansız çağırış: Qəzza zolağı məhv edilməlidir!

İsrailli nazirdən amansız çağırış: Qəzza zolağı məhv edilməlidir!

Sionist İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç İsrailin xarici kəşfiyyat təşkilatı Mossaddan HƏMAS hərəkatının liderlərini öldürməyə və Qəzza zolağının tamamilə məhv edilməsinə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, Smotriç bununla bağlı açıqlamasında bildirib.

Əsir mübadiləsi ilə bağlı HƏMAS ilə hər hansı danışıqları rədd edən Smotriç deyib:

"Bundan sonra Həmas ilə yalnız raket və bombalarla danışmalıyıq".

İsrailin ifrat sağçı naziri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin "mümkün qədər tez və güclü şəkildə işğal edilməsini və işğalın tamamilə məhv edilənə qədər davam etməsini" istəyib.

Xəbəri paylaş

VİDEOLAR