İşğalçı Sionist İsrail rejiminin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin rəhbərlik etdiyi ifrat sağçı Yəhudi Qüvvələri partiyasının üzvü nazir Amihai Eliyahu sionist İsrail ordusunun radiosuna açıqlamalar verib.
Az.rasthaber.com xəbər verir ki, Eliyahu çıxışında deyib:
"İordan çayının qərb sahilində suverenliyi tətbiq etməliyik. Bunu mümkün qədər tez və mümkün qədər ağıllı şəkildə etmək lazımdır".
Nazir Eliyahunun sözləri ilə bağlı işğalçı sionist İsrail hökumətindən heç bir açıqlama verilməyib.
1967-ci il müharibəsindən sonra işğalçı sionist İsrail tərəfindən işğal edilmiş İordan çayının qərb sahilində təxminən 250 qeyri-qanuni yəhudi yaşayış məntəqəsi var. Bu qəsəbələrdə 400 mindən çox yəhudi məskunlaşıb.
Beynəlxalq hüquqa görə, işğal olunmuş ərazilərdəki bütün yəhudi məskənləri qeyri-qanuni sayılır.