İsrailli nazir: Ramazan ayından qorxmamalıyıq

İsrailli nazir: Ramazan ayından qorxmamalıyıq

Ramazan qorxusunu silməli olduqlarını deyən Eliyahu, bu ay ərzində işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə artan gərginlikdən qorxmamağa çağırıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin ifrat sağçı İrs naziri Amihai Eliyahu Ramazan qorxusunu silməli olduqlarını bildirib və bu ay ərzində işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə artan gərginlikdən qorxmamağa çağırıb.

İsrailli nazir Ramazan ayı ərzində Qəzza zolağında gedən müharibə nəticəsində işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə artan gərginlikdən qorxmamağa çağıraraq deyib:

"Ramazan anlayışını və bu ayla bağlı qorxularımızı silməliyik".

İfrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben Qvirin rəhbərlik etdiyi “Yəhudi Gücü” partiyasına mənsub Eliyahu ara-sıra Qəzza zolağında fələstinlilərə “nüvə bombası atıb onları yaşadıqları yerlərdən qovmaq” kimi çağırışlar edir.

Xəbəri paylaş

VİDEOLAR