İsrailli nazir: Qəzzada müharibə illərlə davam edəcək

İsrailli nazir: Qəzzada müharibə illərlə davam edəcək

Sionist rejimin radikal naziri Qəzzədə müharibənin bir neçə il davam edəcəyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin "Maariv" qəzetinə istinadən verdiyi xəbərə görə, sionist rejimin baş naziri Binyamin Netanyahuya yaxın adamlardan olan mədəniyyət naziri Miki Zuhar əlavə edib:

“Hazırda istintaq komitəsinin (2023-cü il oktyabrın 7-də baş vermiş əməliyyatın məğlubiyyətinin günahkarlarını müəyyənləşdirmək üçün) formalaşdırılması məsuliyyətsizlikdir.”

Bu yaxınlarda o, sionist rejimi idarə edən sağçı koalisiyanın dağılması ilə bağlı da demişdi ki, bu koalisiya gözümüzün qabağında dağılmaqdadır.

Xəbəri paylaş

VİDEOLAR