İşğalçı sionist rejim ordusunun komandanı oktyabrın 7-də İsrail ordusunun tanklarının bir evdə girov saxlanılan mühacirlər üzərinə atəş açaraq, onları öldürdüyünü etiraf edib.
Az.rasthaber.org xəbər verir ki, İşğalçı rejim ordusunda axtarış-xilasetmə bölməsinin komandiri etiraf edib ki, oktyabrın 7-də bir evin içərisində məskunlaşanlara atəş açan və onları yandıran İsrail ordusunun tankları olub.
Bu sionist komandir yayımlanan videoda belə deyir: “Tanklarımız onlara hücum edib atəş açdılar! Hə, hə! Bu evdə 8-i körpə olmaqla 15 yanmış meyit tapdıq. Çünki onlar bu evdə girov götürülüblər və biz vəziyyətə nəzarət etməliydik və bu, tanklardan istifadə etmədən mümkün deyildi”.
Xatırladaq ki, oktyabrın 7-də baş verən hücumlardan sonra İsrail mediası HƏMAS-ın bu insanları evin içərisində öldürdüyü barədə yalan xəbərlər dərc etmişdi.