Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi sionist İsrail qüvvələrinin Məscidül-Əqsaya basqını ilə bağlı açıqlama verib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi dünən axşam saatlarında qatıldığı tədbirdə etdiyi çıxışda gündəmi dəyərləndirib.
Bəzi ərəb ölkələrinin İsraillə münasibətləri yaxşılaşdırmağa çalışmasını tənqid edən Əbdülməlik əl-Husi, deyib:
“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ali Xəlifə və Ali Səud rejimləri bölgədə sülh və sabitlik adı altında İsraillə münasibətlərini normallaşdırıblar. Ümmət üçün sülh və sabitlik istəməyən bu rejimlər əslində pul, təbliğat və siyasi təsir vasitəsi ilə fitnəni qızışdırırlar. Onlar Yəmən də daxil olmaqla İsrailə qarşı çıxanlara hücum edirlər.”
Əbdülməlik əl-Husi bildirib ki, BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı mediası fələstinli müqavimətçiləri terrorçu kimi tanıdır.
Ənsarullah lideri Məscidül-Əqsada baş verənləri dəyərləndirərkən deyib:
"Sionistlərin Məscidül-Əqsa və camaata hücumu İsrail rejiminin İslam və müqəddəs məkanlara olan düşmənçiliyini göstərir".