İsraillə İraqın əlaqələrinin normallaşmasına imkan verməyəcəyik - Müqtəda Sədr

İsraillə İraqın əlaqələrinin normallaşmasına imkan verməyəcəyik - Müqtəda Sədr

O qeyd edib ki, “Sədr” hərəkatı İsraillə münasibətlərin normallaşmasına imkan verməyəcək.

Rasthaber Azərbaycan xəbər verir ki,  İraqın “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr ABŞ qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb edib.

O qeyd edib ki, “Sədr” hərəkatı İsraillə münasibətlərin normallaşmasına imkan verməyəcək.

Əs-Sədr vaxtından öncəki seçkilərin uğurlu keçməsi üçün hər bir ölkə sakinini ölkədə ədalətli, zorakılıqdan azad mühitin yaradılmasına öz töhfəsini verməyə səsləyib.

Seçkilən beynlxalq monitorinqinə razı olduqlarını deyən əs-Sədr sçki prosesinə xarici müdaxiləyə yol verilməyəcəyini qeyd edib.

Ölkədəki etiraz aksiyalarını şərh edən əs-Sədr dövlət mülkiyyətinə və insan tələfətına səbəb olan addımları pisləyib. O, korrupsiyaya qarşı dinc nümayişlərin tərəfdarı olduğunu deyib.

O, həmçinin dinc nümayişlərdə təhlükəsizlik qüvvələrinin qətlində əli olan şəxslərin barəsində aparılan araşdırmanın tezliklə başa çatdırılması, onların məsuliyyətə cəlb edilərək cəzalandırlmasına dair çağırış edib.

Xəbəri paylaş

VİDEOLAR