İsrailin xəstəxanalara hücumu insan haqları standartlarını pozur

İsrailin xəstəxanalara hücumu insan haqları standartlarını pozur

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani deyib: Sionist rejimin xəstəxanalara hücumu bütün insan haqları standartlarına, beynəlxalq hüquqa və Cenevrə konvensiyalarına ziddir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin Qəzzədəki xəstəxanalara hücumlarına reaksiya verərək, X sosial media hesabında bunları paylaşıb.

“Sionist rejimin xəstəxanalara hücumu bütün insan haqları standartlarına, beynəlxalq hüquqa və Cenevrə konvensiyalarına ziddir və bu rejimin cinayətkar mahiyyətini dünyaya açıb göstərir.

Sionist rejim rəsmiləri Şifa xəstəxanası ilə bağlı əsassız iddialarını sübuta yetirə bilmədikdən sonra rejim ordusu Qəzzada digər xəstəxanalara hücumlarını bərpa edib.

İordaniya və İndoneziya xəstəxanalarına edilən hücumlar rejimin aqressivliyinin və vəhşiliyinin növbəti təzahürünü göstərdi.

Xəbəri paylaş

VİDEOLAR