İsrailin Kanal 12-si Əl-Əqsa fırtına əməliyyatında təhlükəsizlik uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürən rejimin təhlükəsizlik rəhbərlərinin Qəzza müharibəsindən sonra istefa verəcəyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, sionist rejimin “Kanal 12” internet saytı yazıb: “Qara şənbə günü” uğursuzluğun məsuliyyətini öz üzərinə götürmüş təhlükəsizlik qüvvələrinin başçıları lazım olan anda istefa verəcəklərini bildiriblər.
Qeyd edək ki, Əl-Əqsa fırtınası əməliyyatı zamanı İsrailin misli görünməmiş kəşfiyyat uğursuzluğu bu rejimin bir çox rəsmilərinə təzyiq göstərib və ordu və təhlükəsizlik qurumlarına qarşı çoxlu tənqidlərə səbəb olub.