İsrailin təcavüzündən sonra işini dayandıran Dəməşq hava limanı fəaliyyətini bərpa edib

İsrailin təcavüzündən sonra işini dayandıran Dəməşq hava limanı fəaliyyətini bərpa edib

İsrailin ötən ay Dəməşqin beynəlxalq hava limanı ərazisinə hava zərbələri nəticəsində işini dayandıran liman fəaliyyətini yenidən bərpa edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Nəqliyyat naziri Zuheyr Xuzaym məlumat verib.

Bildirilib ki, Dəməşqin beynəlxalq hava limanı bu gündən fəaliyyətini bərpa edir.

Qeyd edək ki, İsrailin təcavüzü nəticəsində hava limanının binalarından birinə, enmə və qalxma zolağına ziyanlar dəymişdi.

Son ayda Suriyaya beynəlxalq uçuşlar Latakiya və Hələb hava limanlarından həyata keçirilirdi.

Xəbəri paylaş

VİDEOLAR