"İsrailin təcavüzlərinə susulması bu rejimi daha da cürətləndirib"

“Beynəlxalq ictimaiyyətin görməzdən gəlməsi İsraili, təcavüzlərini davam etdirməkdə daha da cürətləndirib”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

“Xorrəmşəhrin azadlığı”nın ildönümü mərasimində çıxış edən İran rəsmisi “beynəlxalq ictimaiyyətin İsrailin Fələstin, Livan və Suriyaya qarşı davamlı hücumları qarşısında sakit qalması və bunu görməzdən gəlməsini tənqid edib və qeyd edib ki, bu vəziyyət İsraili addımlarını davam etdirməkdə daha da cürətləndirməkdədir”, deyə bildirib.

“Şübhə yoxdur ki, Amerika Birləşmiş Ştatlarının bu işğalçı quruma açıq və gizli dəstəyi onun təkəbbürünün artmasında mühüm rol oynayır, çünki o, nəinki Suriyanın Colan Yüksəkliklərini işğal etməkdə davam edir, həm də Suriyada dövlət və ictimai infrastruktura dəfələrlə hava və raket zərbələri endirir”, deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR