İsrailin Suriyaya hücumuna İrandan sərt reaksiya

İsrailin Suriyaya hücumuna İrandan sərt reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin Suriyaya endirdiyi hava hücumunu pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial media hesabından paylaşım edərək sionist rejimin Suriyanın Hələb beynəlxalq hava limanına hücumunu pisləyib.

Kənani paylaşımında belə qeyd edib:

"Suriyanın Hələbdəki zəlzələ qurbanları ağır şərtlərlə üzləşdiyi bir vaxtda sionist rejim beynəlxalq yardımların çatması üçün əsas yol olan Hələb hava limanına hücum edib. Təəssüflər olsun ki, bəzi Qərb ölkələri və insan haqları təşkilatları sionist rejimin Suriyaya qarşı vəhşi və qeyri-insani hücumlarının davam etməsinə susurlar. Bu susqunluq sionist rejimin insan haqları və beynəlxalq hüququ pozan kimi təşviq edilməsini göstərir.".

Xəbəri paylaş

VİDEOLAR