İsrailin Qəzza sektoruna zərbələr endirməsi nəticəsində dünyasını dəyişən dinc sakinlərin sayı artıb.
Az.ratshaber.com “Associated Press”-ə istinadən xəbər verir ki, aldıqları yaralar nəticəsində ötən gün daha 2 nəfər həyatını itirib – 11 yaşlı qız və bir kişi.
Beləliklə də, dünyasını dəyişən fələstinlilərin sayı 48-ə çatıb.
Qətlə yetirilənlərin 17-si uşaqlardır.
İsrail qüvvələrinin hücumları nəticəsində ümumilikdə 300-dən çox fələstinli yaralanıb.