İsrailin Qəzzaya hücumları nəticəsində 8 jurnalist həyatını itirib

İsrailin Qəzzaya hücumları nəticəsində 8 jurnalist həyatını itirib

Sionist İsrail qüvvələrinin oktyabrın 7-si şənbə günü səhər saatlarından Qəzza zolağına həyata keçirdiyi hücumlarda 8 jurnalistin həyatını itirdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Qəzza hökumətinin mətbuat ofisi, İsrailin hücumları nəticəsində mətbuatda yer alan ölən, yaralanan və qurumlarla bağlı yazılı açıqlama verib.

Açıqlamada hücumlar zamanı 8 jurnalistin həyatını itirdiyi, 10 jurnalistin yaralandığı, 2 jurnalistin itkin düşdüyü qeyd edilib.

Açıqlamada ölən jurnalistlərin adlarının Səid əl-Tavil, Muhammed Subh, Hişam ən-Nəvacihe, İbrahim Lafi, Muhammed Cerğun, Muhammed es-Salihi, Esad Şemlah və Selame Mime olduğu, Nidal əl-Vahidi və Heysem Abdulvahiddən isə xəbər olmadığı bildirilib.

Bəyanatda sionist rejimin həyata keçirdiyi hücumlarda 3 jurnalistin evinin tamamilə dağıdıldığı və şəhərdəki 40 media orqanının hava hücumlarının hədəfi olduğu vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR