İsrailin Qəzza və Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib

İsrailin Qəzza və Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib

Human Rights Watch təşkilatı İsrailin Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Human Rights Watch-un verdiyi açıqlamada bu ifadələr yer alıb:

Araşdırmalar nəticəsində çərşənbə axşamı və çərşənbə günü Qəzza və Livanda çəkilmiş görüntülərdə, Qəzza şəhəri limanında və işğal olunmuş ərazilərlə Livan arasındakı sərhədə yaxın iki kənd ərazisində ağ fosforun boşaldılması nəticəsində çoxsaylı partlayışların baş verdiyini təsdiqləmişik.

Qəzza limanına edilən hücumla bağlı araşdırmalar nəticəsində bu hücumda istifadə edilən sursatın 155 mm ağ fosfor topları olduğu və ağ fosfordan istifadənin qanuna zidd olduğu müəyyən edilib".

Xəbəri paylaş

VİDEOLAR