Livanın media mənbələri ölkənin cənubunda izinsiz giriş edən sionist müvəqqəti rejimə məxsus pilotsuz təyyarənin vurulduğunu bildiriblər.
Xatırladaq ki, Ötən iyunun əvvəlində Livan səmalarında sionist rejimə məxsus bir pilotsuz təyyarə eyni səbəbdən vurulmuşdu. Zərərsixləşdirilən PUA "Sky Lark" Livanın cənubunda yerləşən "Eita əl-Şaab" və "Remita" şəhərləri arasında vurulub.
Bununla mövzu bağlı olaraq, sionist rejimin Hərbi Hava Qüvvələrinin komandanı Amikam Norkin ötən ayın aprelində etiraf etmişdi ki, Təl-Əvivin artıq Livan səmalarında şübhə çəkmədən uçuş üstünlüyünə sahib deyil.
Norkin etiraf edib ki, İsrain bir il əvvəl pilotsuz təyyarəsinin zenit raketi ilə vurulmasından sonra Livan üzərində kəşfiyyat uçuşlarını azaldıb.
“Kan” xəbər kanalı verdiyi məlumatda İsrailin Livan səmasında kəşfiyyat uçuşlarının azaldılması qərarının Livan səmasından məlumat toplama imkanını pozduğunu bildirib.