İsrailin nümayəndə heyəti Afrika İttifaqının iclasından qovulub

İsrailin nümayəndə heyəti Afrika İttifaqının iclasından qovulub

Afrika İttifaqının iclasına gizli şəkildə daxil olan sionist rejimin heyəti bu birliyin təhlükəsizlik qüvvələri tərəfindən qovuldu.

Az.rasthaber.com xəbər verir ki, mənbələrin açıqlamalarına əsasən, sionist rejimin nümayəndə heyəti digər şəxslərin şəxsiyyət vəsiqələrindən istifadə edərək gizli şəkildə Afrika İttifaqının iclasına daxil olub və təhlükəsizlik qüvvələri onları müəyyən edərək çölə atıblar.

Sionist rejimin nümayəndə heyəti Afrika İttifaqının iclasının açılış sessiyasına dəvət edildiyini iddia edib. Lakin onlar iddialarını sübut edə bilməyiblər. Nəticədə onlar iclasdan xaric ediliblər.

Sionist nümayəndə heyətinin Afrika İttifaqının iclasından çıxarılması onu göstərir ki, Təl-Əviv Afrika İttifaqının müşahidəçi üzvü mövqeyini hələ də təsdiqləməyib. Digər tərəfdən, təhlükəsizlik qüvvələrinin bu hərəkəti Afrika ölkələrinin Afrika İttifaqında sionist rejimin mövcudluğunu tanımadığını göstərir.

Afrika İttifaqı Komissiyasının rəhbəri birtərəfli qaydada sionist rejimi 2021-ci ildə bu birliyin müşahidəçi üzvü kimi təqdim edib. Bu hərəkətə Əlcəzair də daxil olmaqla bir çox Afrika ölkəsi sərt etirazla qarşılandı. Afrika ölkələrinin etirazlarından sonra Afrika İttifaqı ötən fevral ayında Təl-Əvivin Afrika Birliyinə qoşulma qərarını təxirə salmışdı.

Xəbəri paylaş

VİDEOLAR