"İsrailin namaz qılan müsəlmanlara hücumu bu rejimin zəifliyini və qorxaqlığını göstərir"

Məscidül-Əqsa imamı Şeyx İkrimə Səbri İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya cümə namazı qılmaq üçün gələnlərə hücumu ilə bağlı yazılı açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, Məscidül-Əqsanın imamı və xətibi Şeyx İkrimə Səbri açıqlamasında bildirib:

Baş verənlər Fələstin xalqını Məscidül-Əqsada daha çox ibadət etməyə təşviq edəcək. Bu hücum İsrailin Məscidül-Əqsanı boşaltmaq üçün etdiyi dini müharibənin bir hissəsidir. İsrailin müdafiəsiz ibadət edənlərə zülm və təqib etməsi onun öz zəifliyini və qorxaqlığını nümayiş etdirir.

Bu rejimin məhdudiyyətləri və ibadət edənlərə qarşı zorakılığı müsəlmanların ibadət azadlığının açıq şəkildə pozulmasıdır.

İşğalçı qüvvələr beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidirlər”.

Xəbəri paylaş

VİDEOLAR