Sionist İsrail rejiminin ən böyük günəş elektrik stansiyası kiberhücumla hədəfə alınıb.
Az.rasthaber.com xəbər verir ki, “Solomon Əsgərləri” haker qrupu Nakab səhrasındakı Ashalim günəş elektrik stansiyasına kiber hücum həyata keçirdiklərini və bu elektrik stansiyasını sıradan çıxardıqlarını açıqlayıb.
Bu günəş elektrik stansiyası 121 meqavata qədər istehsal gücünə malikdir və işğal olunmuş ərazilərdə elektrik enerjisinin paylayıcı şəbəkəsinə birbaşa qoşulub.
Sionist rejim İsrail elektrik enerjisinin 13 faizini bərpa olunan enerji mənbələrindən əldə edir ki, bunun da əhəmiyyətli hissəsinə böyük zərbə vurulub.