İsrailin məhdudiyyətlərinə baxmayaraq Qüdsdə cümə namazına 50 min insan qatılıb

İsrailin məhdudiyyətlərinə baxmayaraq Qüdsdə cümə namazına 50 min insan qatılıb

İsrail qüvvələri tərəfindən Qüdsün Qədimi şəhərinin girəcəklərində tətbiq edilən məhdudiyyətlərə baxmayaraq əl-Əqsa məscidində cümə namazına 50 min insan qatılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin İslami Vəqf İdarəsi məlumat yayıb.

Bildirilib ki, İsrailin əraziyə əlavə hərbi və təhlükəsizlik qüvələri cəlb etməsi, Qədimi şəhərin və əl-Əqsa məscidi kompleksinin girəcəklərində tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq 50 min inanclı cümə namazına qatılıb.

Namaza qatılanlar, İsrailin işğal etdiyi İordan çayının qərb sahili bölgələrindən, habelə İsrailin daxilində olan “48-in əraziləri”ndən gələnlərdir.

Bu arada Fələstin Xəbər Agentliyi bildirib ki, şəhərin küçələrində və Məscidül-Əqsa yaxınlığına gətirilən işğalçı qüvvələr məscidin qapılarına yerləşdirilərək, namaz qılanların qarşısını alıb, onların şəxsiyyət vəsiqələrini yoxlayıb və onlarla insanın məscidə namaz qılmaq üçün daxil olmasına mane olublar.

Xəbəri paylaş

VİDEOLAR