İsrailin Livana hücumu nəticəsində həyatını itirənlərin sayı 2600-ə yaxınlaşır

İsrailin Livana hücumu nəticəsində həyatını itirənlərin sayı 2600-ə yaxınlaşır

İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 28 nəfər artaraq 2574 nəfərə çatıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkənin bir çox bölgəsinə hava hücumlarını davam etdirdiyi bildirilib.

Açıqlamada dünən İsrailin hücumları nəticəsində daha 28 nəfərin öldüyü, 139 nəfərin yaralandığı, 8 oktyabr 2023-cü ildən Livana hücumlarda həyatını itirənlərin sayının isə 2 min 574-ə, yaralıların sayının 12 min 1-ə yüksəldiyi bildirilib.

İsrail döyüş təyyarələrinin paytaxt Beyrutun cənubundakı Dahiye bölgəsinə təşkil etdiyi hava hücumunda mərkəzi Livanda yerləşən Əl Mayadeen kanalının ofisi də hədəfə alınıb.

Hücum zamanı ofisin tamamilə dağıldığı və yanğının başladığı, televiziya kanalı rəhbərliyinin hücumdan əvvəl ofisi boşaltdığı bildirilib.

İsrailin bombardmanları nəticəsində Livanda yüz minlərlə insanın didərgin düşdüyü təxmin edilir.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 486 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR