İsrailin keçmiş Baş Qərargah rəisindən etiraf: Sinvara sui-qəsd edə bilmədik

İsrailin keçmiş Baş Qərargah rəisindən etiraf: Sinvara sui-qəsd edə bilmədik

Sionist İsrail rejimi ordusunun keçmiş baş qərargah rəisi Aviv Kohavi bildirib ki, bu rejim Qəzzada HƏMAS lideri Yəhya Sinvar və bu hərəkatın hərbi qanadı olan Qəssam Briqadalarının komandiri Məhəmməd Deyfi öldürməyi planlaşdırıb, lakin hər dəfə buna nail ola bilməyib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim telekanallarından biri olan Kanal 12 bu rejimin keçmiş Baş Qərargah rəisinin bu etirafını yayıb:

"Təl-Əviv ordunu İrana qarşı döyüşməyə hazırlayırdı və Qəzza və Həmasın sionist rejim üçün təhlükə yarada bilməyəcəyini düşünürdü.2021-ci ildə İsrail rejimi HƏMAS-da dəyişiklik gördü və buna görə də Sinvar və Deyfə sui-qəsd etməyə cəhd etdi.

Biz bir neçə aydır ki, ləğvetmə əməliyyatını həyata keçirməyə çalışırıq, lakin məsələ çox mürəkkəb olduğundan bu günə qədər həyata keçirə bilməmişik.

Müharibəni dayandırmadan israilli əsirləri diri qaytarmaq mümkün deyil və şimal cəbhəsində müharibənin dayandırılması Qəzzada müharibənin dayandırılması ilə bağlıdır”.

Xəbəri paylaş

VİDEOLAR