İsrailin keçmiş baş naziri: Netanyahu getməlidir!

İsrailin keçmiş baş naziri: Netanyahu getməlidir!

Tehran Times qəzeti sionist rejimin keçmiş baş naziri Ehud Barakın gizli səs yazısını dərc edib. Yazıya görə, Barak “Netanyahu getməlidir” deyib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də işğal rejiminə qarşı “Əqsa tufanı” adlı əməliyyatdan sonra Tehran Times qəzeti sionist rejimin keçmiş baş nazirinin gizli səs yazısını dərc edib.

Məlumata görə, Ehud Barak bu yaxınlarda keçirilən gizli toplantıda rejimin vəziyyətini belə izah edib:

"Əvvəla, biz bu uğursuzluğu inkar edə bilmərik və bu uğursuzluğa görə bütün məsuliyyət Netanyahuya məxsusdur. Netanyahu ictimaiyyətin və ordunun etibarını itirib. Netanyahu getməlidir".

Sionist rejimin keçmiş baş naziri həmçinin bildirib ki, rejimin Qəzzəyə qarşı istənilən quru əməliyyatı uğursuz ola bilər.

Xəbəri paylaş

VİDEOLAR