İsrailin hücumuna məruz qalan Hələb hava limanı bu gün işini bərpa edir

İsrailin hücumuna məruz qalan Hələb hava limanı bu gün işini bərpa edir

Bir neçə gün öncə İsrailin hava zərbələrinə məruz qalan hava limanının işi bu gün bərpa edilir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Nəqliyyat Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, Hələbin Beynəlxalq hava limanı bu gün günortadan etibarən uçuşları bərpa edəcək.

Qeyd edək ki, həftənin əvvəlində İsrailin təcavüzü nəticəsində Hələb hava limanının enmə-qalxma zolağı xəsarət görmüşdü.

Xəbəri paylaş

VİDEOLAR