İsrailin hücumlarına baxmayaraq 35 min fələstinli Məscidül-Əqsada namaz qıldı

İsrailin hücumlarına baxmayaraq 35 min fələstinli Məscidül-Əqsada namaz qıldı

Bildirilib ki, sionist İsrailin maneələrinə baxmayaraq, işğal altındakı Şərqi Qüdsdə 35 min müsəlman işa və təravih namazı üçün Məscidül-Əqsada növbəyə düzülüb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın Qüds İslami Vəqflər İdarəsinə əsaslanaraq verdiyi xəbərdə Ramazan ayının ilk günündə müsəlmanların Məscidül-Əqsaya axışdığına diqqət çəkilib.

Xəbərdə İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüds şəhərində 5 aydır müsəlmanların Məscidül-Əqsaya girməsinə mane olduğu xatırladılıb və İsrail qüvvələrinin gənclərin Ramazan ayında da Məscidül-Əqsaya yaxınlaşmasına icazə vermədiyi vurğulanıb.

Xəbərdə sionist İsrail ordusunun Məscidül-Əqsaya daxil olmaq istəyən fələstinli gənci şiddətlə döyərək həbs etdiyi bildirilib:

"Sionist İsrailin müsəlmanların qarşısını almaq üçün qoyduğu məhdudiyyətlərə baxmayaraq, 35 min insanın Məscidül-Əqsada işa və təravih namazları üçün növbəyə düzülüb".

Xəbərdə həmçinin xatırladılıb ki, sionist İsrail Məscidül-Əqsaya gedən qapılardan biri olan Aslan (Esbat) qapısını əhatə edən divarlara tikanlı məftillər çəkib.

Xəbəri paylaş

VİDEOLAR