İsrailin hücumları nəticəsində Qəzzada ailələrin 60%-i evsiz qalıb

İsrailin hücumları nəticəsində Qəzzada ailələrin 60%-i evsiz qalıb

Sionist rejim Qəzza zolağına qarşı müharibənin 465-ci günündə əhalisinin 60%-ni evsiz qoyduğu bu bölgənin sakinlərinə qarşı hücumlarını və vəhşi hərəkətlərini davam etdirir.

Az.rasthaber.com xəbər verir ki, Qəzzanın İctimai İşlər və Ev Təsərrüfatı Nazirliyi hesabat yayaraq, İsrailin Qəzzaya qarşı on beş aydan çox davam edən soyqırım müharibəsi nəticəsində ailələrin 60 faizindən çoxunun evsiz qaldığını açıqlayıb.

Bu hesabatda yaşayış məskənlərinin tamamilə dağıdılması nəticəsində dəymiş ziyanın miqdarının 2014-cü ildəki 51 günlük müharibədən qat-qat çox olduğu və bu müharibənin vurduğu dağıntıların miqdarının tez bərpa edilməsinin imkan xaricində olduğu qeyd edilir.
Bu hesabatda dağıntıların həcmi on milyonlarla ton qiymətləndirilir.

Xəbəri paylaş

VİDEOLAR