İsrailin hücumları nəticəsində Qəzzada 260 fələstinli uşaq həyatını itirib

İsrailin hücumları nəticəsində Qəzzada 260 fələstinli uşaq həyatını itirib

İsrail qüvvələri Qəzza sektorunu 5 gündür bombardman etməyə davam edir. İndiyədək tam mühasirə altındakı Qəzzada azı 950 dinc fələstinli qətlə yetirilib.

Az.rasthaber.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.

Öldürülənlərin 260-ı fələstinli uşaqlardır. Həmçinin həyatını itirənlərin arasında çox sayda qadın da var.

Bundan başqa, 5 minədək dinc fələstinlinin də yaralandığı qeyd edilib.

Xatırladaq ki, İsrail Qəzza sektorunu tam blokadaya alaraq su, qida, elektrik və yanacaq təminatının qarşısını alıb.

Xəbəri paylaş

VİDEOLAR