Sionist İsrailin Qəzza zolağına hücumlarında şəhid olan mülki şəxslərin sayı artır.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada oktyabrın 7-dən bu yana sionist İsrailin hücumlarında 28 min 775 nəfərin şəhid olduğu bildirilib.
Hücumlarda 68 min 552 nəfər yaralanıb.
Şəhid olanların 70 faizinin qadın və uşaqlar olduğu bildirilir.