İsrailin hücumları nəticəsində həyatını itirən uşaqların sayı 1524-ə çatıb

İsrailin hücumları nəticəsində həyatını itirən uşaqların sayı 1524-ə çatıb

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, sionist İsrailin hücumları nəticəsində Qəzzada 3 min 785 nəfər şəhid olub, 12 mindən çox insan isə yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, hücumlarda həyatını itirən uşaqların sayı 1524-ə çatıb.

İşğalçı sionist rejim ordusu hücumlarının davamında Qəzza zolağında mülki əhalinin olduğu 6 evə hava hücumu həyata keçirib.

Qəzzada Daxili İşlər Nazirliyinin Teleqram hesabından verilən açıqlamada, sionist İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində mülki əhalinin yaşadığı 6 evi hədəf aldığı bildirilib.

Fələstinin WAFA xəbər agentliyinin xəbərində, “Xan Yunis şəhərində mülki əhalinin yaşadığı 6 evin bombalanması nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla ən azı 21 nəfər şəhid olub, 79 nəfər yaralanıb".

Sionist rejim ordusunun ötən gecə dinc əhalinin sığındığı məscid, məktəb və kilsəyə hücumu nəticəsində çoxlu sayda insan şəhid və yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR