İsrailin hücumları nəticəsində bir gündə 400-dən çox fələstinli şəhid olub

İsrailin hücumları nəticəsində bir gündə 400-dən çox fələstinli şəhid olub

Uşaq qatili olan sionist rejim ordusu dünən gecə Qəzzanın müxtəlif bölgələrinə ən böyük hücumlarından birini həyata keçirib.

Az.rasthaber.com xəbər verir ki, az qala hər saniyə bombanın atıldığı şəhərdə yüzlərlə fələstinli şəhid və yaralanıb.

Mülki müdafiə qrupları çox məhdud imkanlarla bombardman nəticəsində dağılan evlərin dağıntıları altından hələ də çıxarılmayan çoxlu sayda insanı xilas etmək üçün çalışır.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın şəhərdəki tibbi mənbələrdən verdiyi məlumata görə, şəhidlərin 70 faizi uşaq, qadın və qocadır.

Sionist rejim İsrailin döyüş təyyarələri və artilleriya atəşi ilə şəhərin müxtəlif yerlərində yaşayış məntəqələrini eyni vaxtda bombardmanları zamanı azı 25 qətliam törədib.

Şəhərin bir çox bölgəsinə havadan və qurudan edilən hücumlar nəticəsində bir gündə 400-dən çox fələstinli şəhid olub.

WAFA-nın Səhiyyə Nazirliyindən verdiyi məlumata görə, işğal qüvvələri Qəzza zolağında bəzi məhəllələri xəritədən tamamilə silib; Dağıntıya çevrilən ərazilərdə “bəzi ailələrin bütün üzvlərinin ölü kimi qeyd olunmasına” səbəb olub.

Digər tərəfdən, sionist İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissələrində Şifa xəstəxanası və Qüds xəstəxanasının ətrafını da hədəfə alıb.

Sionist rejim ordusuna məxsus döyüş təyyarələri və artilleriya bəzi bölgələrə eyni vaxtda hücumlar həyata keçirir. Hücumlara məruz qalan ərazilərə çatan mülki müdafiə qrupları çox məhdud imkanlarla yaralıları xilas etməyə və cəsədləri dağıntılar altından çıxarmağa çalışır.

Uçmuş binaların dağıntıları altında hələlik vəziyyəti məlum olmayan xeyli insanın olduğu qeyd edilir.

İşğalçı sionist rejim Qəzza zolağına yanacağın daxil olmasına icazə vermir. Xəstəxanalar yanacaq tükənmək ərəfəsindədir və həyəcan təbili çalır.

Qəzzada Səhiyyə Nazirliyi böyrək çatışmazlığı olan xəstələrə xəbərdarlıq edib. O, xəstəxanalara yanacaq verilməməsinin 38-i uşaq olmaqla 1100 xəstənin həyatını təhlükə altına alacağını vurğulayıb.

O, təcili olaraq xəstəxanalara və təcili yardım maşınlarına yanacaq verilməsinə çağırıb.

Birləşmiş Millətlər Təşkilatı da bölgədəki yanacağın 3 gün ərzində tükənəcəyi ilə bağlı xəbərdarlıq edib. “Yanacaq olmasa, təmiz su, işləyən xəstəxanalar və çörək sexləri olmayacaq”, - məlumatda deyilir.

Qəzza zolağına yanacaq daşınmasına dərhal icazə verilməsi üçün çağırış edilib.

Qəzzadakı Əl-Vəfa xəstəxanası da xalqdan kömək üçün müraciət edib. Yanacaq olanlardan onu xəstəxanaya gətirmələri xahiş olunub.


Xidmətin göstərilməsi üçün xəstəxananın generatorunun işlək vəziyyətdə olmasının vacibliyi vurğulanıb.

Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamalara görə, oktyabrın 7-dən bu yana fasiləsiz olaraq davam edən intensiv bombardmanların 17-ci günündə Qəzzada 1873-ü uşaq, 1023-ü qadın olmaqla cəmi can itkisi 4 min 741-ə yüksəlib. Yaralıların sayı 15 minə çatıb.

Qəzzada indiyədək əksəriyyəti uşaq olmaqla 1500 nəfərin dağıntılar altında qaldığı təxmin edilir.


Oktyabrın 22-də İordan çayının qərb sahilində daha 8 fələstinlinin şəhid olması ilə şəhidlərin sayı 98-ə yüksəlib. Sionist rejimin hücumlarında 1400 nəfər yaralanıb, 1250 nəfər isə işğalçı qüvvələr tərəfindən həbs edilib.

Xəbəri paylaş

VİDEOLAR