İsrailin hərbi bazaları, silahları və əsgərləri Hizbullahın atəşi altında

İsrailin hərbi bazaları, silahları və əsgərləri Hizbullahın atəşi altında

Livan Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə qarşı cavab hücumlarının davamında bu rejimin hərbi sənaye şirkəti, bir piyada bölməsi, bir neçə toplanış yeri və zirehli texnikasını hədəfə alıb, Cebşit qəsəbəsi üzərində sionist rejiminə aid “Hermes 450” pilotsuz təyyarəsini yer-hava raketi ilə məhv edib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah Hərəkatı Taa hərbi sənaye şirkətinə raket zərbəsi endirdiyini açıqlayıb.

 

Hizbullah yaydığı bəyanatında bildirib: “Qəzzə zolağında mətanətli Fələstin xalqını, onun qəhrəmancasına və şərəfli müqavimətini dəstəkləmək, Livanı və onun xalqını müdafiə etmək, Xeybər əməliyyatları silsiləsinin həyata keçirilməsinə uyğun olaraq və sionist düşmənin təcavüzünə cavab olaraq, dünən İslami müqavimət “Ləbbeykə Ya Nəsrullah” kodu altında xüsusi raketlərlə Təl-Əviv ətrafında yerləşən Taa hərbi sənaye şirkətini hədəfə aldı.”

 

Hərəkat qeyd edib ki, islami müqavimət döyüşçüləri çərşənbə axşamı günortadan sonra Əl-Ədəsiyyə və Əl-Təyyibə sərhəddində İsrail piyada bölməsini idarə olunan raketlə hədəfə alıblar və hədəf birbaşa vurulub.

 

Hizbullah Hərəkatı başqa bir bəyanat yayaraq bildirib ki, bu gün günortadan sonra sionist rejimin bir ədəd Merkava tankı "Məskaf Am"da idarə olunan raketlə vurulub, tankın ekipajı ölüb və ya yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR