"Haaretz" qəzeti Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın bəyanatlarının sionistlərə təsiri etdiyini yazıb
Rasthaber Azərbaycan xəbər verir ki, İsrailin "Haaretz" qəzeti Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın bəyanatlarının sionistlərə təsiri etdiyini yazıb.
Qəzet "Onun fövqəladə təsirinin səbəbi sədaqəti, qətiyyəti və İsrail məsələlərindən agah olmasıdır", -deyə qeyd edib.
Haaretz yazır: "Seyid Həsən Nəsrullah İsrail ordusunu Livandan qovdu və İsrail qarşısında ərəb dünyasında misli olmayan bir maneəçilik yaratdı. İsraillilər xüsusən də Nəsrullahın İsraili hörümçək yuvasından daha zəif hesab etdiyindən, onun sözlərinə öz rəsmilərinin dediklərindən daha çox inanırlar."
Qeyd edək ki, 2006 döyüşlərindən sonra İsrailin ö dönəm İnfrakstruktura naziri olan Ben Eliezer "Nəsrullahın dediklərinə inanın, çünki təəssüflər olsun o indiyə qədər nə deyibsə əməl edib.", demişdi.
Onu da qeyd edək ki, İsraildəki daxili araşdırmalara görə, İsraillilər öz rəsmilərinə inamı yoxdur.