19.11.2023 10:36:04
Sionist İsrail qüvvələrinin Fəxura məktəbinə həyata keçirdiyi bombalı hücumda şəhidlərin sayı 200-ü keçib.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusu minlərlə köçkün dinc sakinin sığındığı Cibaliyedə Əl-Fəxura məktəbini bombalayıb.
İlkin məlumata görə, hücumda 200-dən çox uşaq və qadın şəhid olub, yüzlərlə insan yaralanıb.
Əl-Cəzirə telekanalı dəhşətli qətliamın görüntülərini özündə əks etdirən videoyazı yayıb.