Suriyada hərbi müşavir kimi xidmət edən iranlı komandir İsrailin Dəməşqə hücumu zamanı şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim səhər saatlarında Suriyanın paytaxtı Dəməşqə hava hücumu həyata keçirib.
“Tesnim”in məlumatına görə, səhər saatlarında həyata keçirilən hücumda İnqilab Keşikçiləri Ordusunun hərbi məsləhətçisi olan iranlı komandir Səid Əlidadi şəhid olub.
Suriyadan verilən açıqlamada bildirilib:
"Hava hücumundan müdafiə sistemlərimiz işğal altındakı Qolan təpələrindən gələn düşmən raketlərini ələ keçirib və onların bir qismini vurub. Hücum zamanı zərər dəyib".