“İşğalçı İsrailin cinayətləri beynəlxalq ictimaiyyətin alnında həkk olan rüsvayçılıqdır”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Xarici İşlər Nazirliyi bəyanat verib.
Son sutkada üç fələstinlinin İsrail qüvvələri tərəfindən birbaşa güllə ilə hədəfə alınması və qətlə yetirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda beynəlxalq ictimaiyyət kəskin tənqid edilib.
Bu gün, cümə axşamı Fələstin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə yenidən çağırış edərək, İsrail qüvvələrinin Dheyşe düşərgəsində sabiq məhbus Əyman Muhaysinini güllələməsini ağır cinayət adlandırıb və işğalçıların cinayətlərinin cəzasız qalmasını kəskin tənqid edib.
Bəyanatda əlavə edilib ki, İsrailin cəzasız qalması beynəlxalq ictimaiyyət üçün rüsvayçılıqdır.