İsrailin bitməyən cinayətləri: 12 yaşlı uşağı öldürdülər

İsrailin bitməyən cinayətləri: 12 yaşlı uşağı öldürdülər

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərində 12 yaşlı fələstinlini öldürüb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən bəyanatda İsrail qüvvələrinin Nablusun Beyta qəsəbəsində 12 yaşlı uşağı sinəsindən həqiqi güllə ilə vurulduğu bildirilib.
Fələstin Səhiyyə Nazirliyi də Beyta qəsəbəsində baş verən qarşıdurmada ağır yaralanan 12 yaşlı Məhəmməd İbrahim Fuad Udeylinin dünyasını dəyişdiyini açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri və yəhudilər tərəfindən törədilən hücumlarda həlak olan fələstinlilərin sayı 229-a yüksəlib.
Oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində törədilən hücumlarda 2900-ə yaxın fələstinlinin yaralandığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR