Sionist İsrailin Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, sionist İsrail ordusu 7 oktyabr 2023-cü il hadisələri qarşısında uğursuzluğa düçar olub və bu məqamda məsuliyyəti öz üzərinə götürüb.
Az.rasthaber.com xəbər verir ki, Halevi deyib:
"Oktyabrın 7-də uğursuzluğa düçar olduq və baş verənlərə və bundan sonra baş verəcəklərə görə məsuliyyəti öz üzərimizə götürürük".
Halevi, İsrail xalqının təhlükəsizliyinin təmin edilməsinin uzun zaman alacağına diqqət çəkərək bildirib:
"Müharibənin məqsədlərinə çatana qədər hələ çox yolumuz var".